"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı

“Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampfın yeni iş yeri bəlli olub.

Newsport.az xəbər verir ki, rumıniyalı mütəxəssis yenidən Tunisdə çalışacaq. O, bir il əvvəl ayrıldığı “Esperansa Tunis”lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Regekampf 2022-2023-cü ildə “Neftçi”də işləyib. O, daha sonra ölkəsində “Universitatya Krayova” və Səudiyyə Ərəbistanıda “Əl-Tai” klublarını çalışdırıb. Ardınca 2024-cü ildə “Esperansa Tunis”lə 1 illik müqavilə imzalayan rumın mütəxəssis ötən yay klubdan ayrılıb. Regekampfın son iş yeri isə Sudan təmsilçisi “Əl-Hilal” olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right