Bu gün "Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi məlum olacaq.
Newsport.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.