"Şamaxı"dan növbəti transfer

"Şamaxı" daha bir futbolçu ilə anlaşıb.

Newsport.az xəbər verir ki, bölgə təmsilçisi Ceyhun Bağırzadəni heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 yığma komandasının üzvü növbəti iki mövsüm "Şamaxı"nın formasını geyinəcək.

Ceyhun Bağırzadə son olaraq "Qəbələ"nin əvəzedici heyətində oynayıb.

Qeyd edək ki, "Şamaxı" buna qədər Emin Rüstəmov, Sənan Muradlı və Uğur Cahangirovla anlaşmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right