APOEL-in Mahir Emrelini transfer etmək istədiyi barədə xəbər vermişdik.
Newsport.az xəbər verir ki, millimizin vingeri “Kayzerslautern”də çox da oynamaq şansı tapmadığı üçün oradan ayrılmaq istəyir.
Onu hazırda israrla istəyən klub APOEL-dir. Nikosiya təmsilçisi bu yay Mahirin keçidini həll etməyi düşünür.
Kipr nəhənginin artıq "Kayzerslautern"ə rəsmi müraciət etdiyi də bildirilir.
28 yaşlı futbolçunun Almaniya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.