AFFA klub nümayəndələri ilə növbəti mövsümün planlarını müzakirə edib

AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə 2026/2027 mövsümündə iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib.

Newsport.az xəbər verir ki, görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov da iştirak edib.

AFFA-nın inzibati binasında baş tutan tədbirdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub. 2026/2027 mövsümündə liqaların formatı, eləcə də növbəti mövsümlərdə yarışların təşkili və keçirilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə tərəflərin rəyləri öyrənilib.

Müzakirələrin daha səmərəli baş tutması məqsədilə klubların akademiya direktorları və koordinatorları da dəvət olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right