“Zirə” heyətini yeni futbolçuyla gücləndirib.
Newsport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Paytaxt təmsilçisi Amin Seydiyevi heyətinə qatıb. Müdafiəçiylə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Seydiyev “Zirə”nin bu yay pəncərəsi dövründə heyətinə qatdığı ilk oyunçu olub. O, daha əvvəl “Qəbələ” və “Sabah” klublarında çıxış edib.