“Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ”"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçiriləcək “Sozopol Cup” turnirində iştirak edəcək.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 13-18 iyun tarixlərində Tsarevo şəhərində təşkil ediləcək turnirdə 12 komanda mübarizə aparacaq.

"Qarabağ" C qrupunda Bolqarıstan təmsilçiləri “Levski” (Sofiya), “Botev” (Plovdiv) və “Etar”la (Veliko Tarnovo) üz-üzə gələcək.

Qrup qalibləri və ikinci yeri tutan komandalardan ən yaxşı göstəriciyə sahib kollektiv yarımfinala vəsiqə qazanacaq.

“Sozopol Cup”

C qrupu

14 iyun “Etar” – “Qarabağ”

15 iyun “Qarabağ” – “Botev”

16 iyun “Qarabağ” – “Levski”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right