“Şəfa” klubu daha üç futbolçusu ilə yollarını ayırıb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Hüseyn Mürsəlov, yarımmüdafiəçi Aqil Nəsibov və hücumçu Amir Ebrahimzadenin başa çatan müqavilələrinin müddəti uzadılmayıb.
Xatırladaq ki, Bakı klubu daha əvvəl Qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovla vidalaşıb.