“Şamaxı” yeni mövsümün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi keçmiş hücumçusu Uğur Cahangirovu heyətinə qatıb. 25 yaşlı futbolçu növbəti iki mövsümü "Şamaxı"nın heyətində keçirəcək.
Cahangirov ötən mövsümü “Karvan-Yevlax”da keçirib.