Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.
Newsport.az xəbər verir ki, U-17 bu dəfə də Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında ilk oyunda Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanıb.