Azərbaycan milli komandasının futbolçusu Xəyal Əliyev düşərgədən ayrılıb.
Newsport.az xəbər verir ki, o, müalicə üçün İspaniyanın paytaxtı Madridə yollanıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, millimizin hücumçusu Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına(0:2) qarşı keçirilən yoldaşlıq görüşündə zədələnmişdi.