"Kəpəz" legioneri barədə qərar verdi

"Kəpəz" əcnəbi futbolçularla da yoluna davam etmək istəyir.

Newsport.az xəbər verir ki, Gəncə təmsilçisi başa çatan mövsümdə komandanın aparıcı üzvünə çevrilmiş Mate Abuladzeni saxlamaq istəyir.

Artıq gürcü futbolçu ilə razılıq əldə edilib. Tərəflər arasında bir illik rəsmi müqavilə imzalanacaq.

25 yaşlı müdafiəçi bu ilin yanvar ayında "Kəpəz"ə qoşulmuşdu.

O, “Torpedo”(Kutaisi), “Samtrediya”, “Samqurali” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right