Ukraynalı məşqçi, əvvəllər “Keşlə”ni(indiki “Şamaxı”) çalışdırmış Yuri Maksimov Azərbaycandan aldığı təklifdən danışıb.
Newsport.az “Tribuna”ya istinadən xəbər verir ki, Maksimov Premyer Liqa klublarımızdan ona gözləməli olduğunu bildiriblər.
57 yaşlı məşqçi “Obolon”, “Krivbass”, “Metallurq”(Donetsk), “Mordoviya”, “Taraz”, “Vorskla”, “Dnipro-1”, “Vorskla” klublarını çalışdırıb.
- Necəsiniz? Bütün futbol sizin qayıtmağınızı gözləyir...
- Artıq geri qayıtmaq istəyirəm. Amma hələ ki nəsə alınmır...
- Təklif yoxdur?
- Xeyr, təkliflər var idi - Azərbaycandan, Qazaxıstandan, Sloveniyadan.
- Amma burada qalmaq istəyirsiniz?
- Xeyr, getməliyəm. İndi isə Azərbaycandan mənə gözləməli olduğumu dedilər.