"Şəfa" yay transfer dönəmində ilk futbolçu keçidini rəsmiləşdirib

"Şəfa" 2026/2027 mövsümünün yay "transfer pəncərəsi"ndə ilk futbolçu keçidini reallaşdırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən R.Hüseynli son olaraq "Kəpəz"in formasını geyinib.

O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Qarabağ"ın yetirməsi olan Rauf Hüseynli karyerası ərzində "Zirə", "Şamaxı" və "Qəbələ" klublarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right