"Qarabağ" ÇSKA ilə qarşılaşacaq Matçın baş tutmamaq ehtimalı da var

“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışı zamanı rəqiblərindən biri müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu, Bolqarıstanın ÇSKA (Sofiya) komandası olacaq. Oyun iyunun 27-də keçiriləcək. Lakin klubun rəsmi saytında qeyd edildiyi kimi, bu matç baş tutmaya bilər.

Çünki Sofiya klubu Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasında "Qarabağ”ın potensial rəqiblərindəndir.

Qeyd etmək lazımdır ki, "Qarabağ"ın özü hələlik qarşıdakı təlim-məşq toplanışı üçün rəqiblərini açıqlamayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right