"Futbolda pul hər şey deyil" mövzusunda "Qarabağ" və "Sabah" nümunə göstərildi

ABŞ mətbuatı Avropa futbol mövsümünə yekun vuraraq və minimal maliyyə resursları ilə nəticə əldə edən klubları vurğulayarkən, Azərbaycan komandalarını da qeyd edib.

Newsport.az xəbər verir ki, məşhur idman nəşri “The Athletic” “Futbolda pul hər şey deyil, bunu sübut edən klublar” başlıqlı məqalədə “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasındakı uğuruna, eləcə də Premyer Liqada çempion olmağı bacaran “Sabah”dan yazıb. 

"Bu, ötən mövsüm bütün qitəni xarakterizə edən bir mövzu idi. Azərbaycanın “Qarabağ” klubu bu mövsüm Çempionlar Liqasında daha bir görkəmli komanda oldu və pley-offa yüksəldi ki, bu da ölkənin ən yaxşı klub nəticəsi idi. 2014-cü ildən bəri 11 çempionluq titulunu qazanan doğma şəhəri Ağdama qayıtmaq istəyən qaçqın klub (əslində, şəhər artıq bir neçə ildir ki, işğaldan azad edilib və yeni stadionun inşası gedir - red) olan “Qarabağ” bu il birinci yeri "Sabah"a uduzdu.

Bu arada, “Sabah” ilk çempionluğunu qazanan altı Avropa klubundan biri oldu".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right