"Sabah" kapitanı ilə yollarını ayırdı RƏSMİ

“Sabah” kapitan Pavol Şafranko ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, slovakiyalı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pavol 2024-cü ildən komandanın uğurları üçün çalışırdı. O, Masazır təmsilçisinin heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.

Təcrübəli hücumçu “Sabah”la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

Klub Pavola xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right