Millimiz Avropa çempionatına qələbə ilə başladı

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Avstriya ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu İsa Atayev 36-cı dəqiqədə vurub.

Qeyd edək ki, F qrupunda mübarizə aparan millimiz mayın 29-da İtaliya, 30-da isə Fransa ilə qarşılaşacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right