“Şimal”ın növbəti mövsümdə daha güclü olacağına ümid edirik” - "Şimal"ın məşqçisi

Azərbaycanın 1-ci liqa təmsilçisi “Şimal” bu gün 2025/26 mövsümünü 2-ci liqada turnir cədvəlini 2-ci pillədə başa vuran “Qaradağ Lökbatan”la pley-off matçında qarşılaşıb.

Newsport.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüşdə 2:1 hesabı ilə qalib gələn Xaçmaz təmsilçisinin məşqçisi Mehman Səfərovun oyundan sonra mətbuat konfransı keçirilib.

Səfərov qələbəyə belə şərh verib:

“Oyun gözlədiyimiz kimi çətin keçdi. Bilirdik ki, rəqib güclü komandadır. Qol buraxdıq, daha sonra toparlanıb geri dönüş etdik. “Şimal”ın növbəti mövsümdə daha güclü olacağına ümid edirik. Rəhbərliklə görüşümüz olacaq.

Növbəti mövsümdə Xaçmaz Olimpiya Kompleksinin stadionunda oynayacağımızla bağlı söz veriblər. Biz də istəyirik ki, təmsil etdiyimiz regionda mübarizə aparaq”.

“Şimal” növbəti mövsümdə çıxışını 1-ci liqada davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right