Millimizin üzvü "Pafos"a keçir RƏSMİ

“Neftçi” PFK-nın yetirməsi, kiçik yaşlarından ağ-qara formanı geyinən Murad Məmmədov Kiprin “Pafos” klubuna keçir.

Newsport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub 20 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib, Avropada uğurlar arzulayıb.

Qeyd edək ki, 2024/25 mövsümündən əsas komandanın şərəfini qoruyan Murad Məmmədov bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 milli komandasının heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right