Vahid Ələkbərov: "Qarşıdakı mövsüm "Spartak" çempion olacaq"

“Spartak” klubunun həmtəsisçisi, "Lukoil" şirkətinin qurucusu Vahid Ələkbərov "qırmızı-ağlar"ın qarşıdakı mövsüm Rusiya çempionu olacağını açıqlayıb.

Newsport.az "Matç TV"yə istinadən xəbər verir ki, Rusiya kubokunun "Krasnodar"a(1:1, 4:3) qarşı final görüşündən sonra danışan Ələkbərov bunları deyib:

"Fantastik oyun oldu. Təbii ki, məqsədlər var. Qarşıdakı mövsüm "Spartak" çempion olacaq".

Qeyd edək ki, "Spartak" bu mövsüm ölkə çempionatında 4-cü pillədə başa vurub. Rusiya kubokunun finalında isə onlar "Krasnodar"a penaltilərlə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right