FİFA bu futbolçunu milliləşdirməyə icazə vermədi

FİFA Norveç Futbol Federasiyasının “Bodo-Qlimt”in qapıçısı Nikita Xaykinin işi üzrə apellyasiya şikayətini rədd edib. 

Newsport.az Norveç mətbuatına istinadən xəbər verir ki, FİFA qolkiperin DÇ-2026-da Norveç millisinin heyətində yer almasına icazə verməyib.

O, aprel ayında Norveç vətəndaşlığını alıb. FİFA isə onun 5 il ərzində davamlı Norveçdə yaşamadığını əsas gətirərək, milliləşdirilməsinə mane olub.

Xaykin 2028-ci ilin mart ayına qədər Norveç yığmasında oynamaq hüququndan məhrum edilib.

Nikita Rusiya əsillidir, amma İsraildə dünyaya gəlib. O, "Dinamo"(Moskva) klubunun yetirməsidir. Haykin "Nasyonal", "Marbelya", "Rostov", "Kuban", "Bney Yehuda", "Hapoel Kfar Saba", "Bristol Siti" klublarının qapısını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right