Misli Premyer Liqasında sonuncu turun son oyunu: "Karvan-Yevlax" "İmişli" ilə heç-heçəyə razılaşdı Yenilənib

Bu gün Misli Premyer Liqasında 2025-2026 mövsümünə yekun vurulub.

Newsport.az xəbər verir ki, sonuncu - 33-cü turda bir oyun keçirilib. 

"İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu oyun komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyib. Belə ki, mövsümü "İmişli" 9-cu, "Karvan-Yevlax"ın isə sonuncu - 12-ci pillədə tamamlayıb.

24 may (bazar)

16:00. “İmişli” - “Karvan Yevlax”  - 1:1

Qollar: Peter Kings, 29 (0:1), Dioqo Kardozu, 90+4 (1:1)

Baş Hakim: İnqilab Məmmədov

Quba Olimpiya İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right