Misli Premyer Liqasında bu mövsümün ən gənc futbolçusu kimdir?

“Kəpəz”in futbolçusu Raul İsaqov Misli Premyer Liqasının 2025/26 mövsümündə meydana çıxan ən gənc futbolçu olub.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, hücumçu 32-ci turun “Araz-Naxçıvan”la səfər qarşılaşmasında şans qazanıb.

O, Premyer Liqada 16 yaş 162 günlüyündə debüt edib. Raul qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Kəpəz” səfər matçında 0:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right