Ehtiram Şahverdiyev Azərbaycan Premyer Liqasında 200-cü matçına çıxıb

"Kəpəz"in futbolçusu Ehtiram Şahverdiyev Misli Premyer Liqasında 200-cü oyununu keçirib.

Newsport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley XXXII turda "Araz-Naxçıvan"la səfər görüşünə (0:2) təsadüf edib.

O, bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/2016 mövsümündə "Qəbələ" forması ilə debüt edən Şahverdiyev 4 klubda çıxış edib.

Ehtiram "Kəpəz"də daha çox – 96 matça (3 qol) çıxıb. O, "Sumqayıt"da 43 (1 qol), "Qəbələ"də 35 (1 qol), "Turan Tovuz"da 26 (1 qol) oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right