Azərbaycanın yeniyetmə cüdoçuları Rusiyada keçirilmiş turnirdə iki medal əldə ediblər

Azərbaycanın yeniyetmə cüdolçuları Rusiyanın Xabarovsk şəhərində Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iki medal qazanıblar.

Bu barədə Newsport.az Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarışda 5 idmançı ilə təmsil olunan komanda 1 qızıl və 1 bürünc medal əldə edib.

Polad Həsənli (81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medala yiyələnib. Zaməddin Bağırov (66 kq) yarışı bürünc mükafatla başa vurub.

Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right