"Qəbələ" "Karvan-Yevlax"ı, "Araz-Naxçıvan" "Kəpəz"i məğlub etdi Yenilənib

Misli Premyer Liqasında 32-ci tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə turnir cədvəlinin autsayderləri üz-üzə gəlib. "Karvan-Yevlax"  öz meydanında "Qəbələ"ni qəbul edib. Oyun "Qəbələ"nin 2:1 hesablı qalibiyyəti ilə bitib. Komandaların əvvəlki 2 dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb.

Günün digər matçında isə "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olub. Oyunda Naxçıvan təmsilçisi qələbə qazanıb. Tərəflərin həm 1-ci, həm də 2-cü dövrədəki oyununda "Araz-Naxçıvan" eyni hesabla qalib gəlib - 2:0.

15 may (cümə)

Misli Premyer Liqası, 32-ci tur

19:30 "Araz-Naxçıvan" – "Kəpəz" - 2:0

Qollar: Patrik Anrade, 36, Ramon Maçado, 76
Baş hakim: Rəşad Əhmədov
SOCAR Polymer Arena

17:00 "Karvan-Yevlax" – "Qəbələ" - 1:2

Qollar: Olavale Doyeni, 54 (1:0), İbrahim Sanqare, 56 (1:1), Domi Massumo, 67 (1:2)
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right