"Qarabağ"ın oyununun biletləri satışda

Misli Premyer Liqasının XXXII turu çərçivəsində keçiriləcək "Qarabağ" - “İmişli" ilə oyununun biletləri bu gün saat 15:00-dan etibarən satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.

Biletlər bu gün saat 15:00-dan etibarən iTicket.az-da onlayn satışda olacaq. Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, mayın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matç saat 17:00-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right