“Araz-Naxçıvan”ın legioneri milliyə dəvət aldı

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Benin milli komandasına dəvət olunub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi mayın 25-dən iyunun 9-dək Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib.

Futbolçu Naxçıvan təmsilçisinə iyunun 1-də qoşulacaq.

Qeyd edək i, Felipe 2024-cü ilin yayından "Araz-Naxçıvan"ın formasını geyinir. O, cari mövsüm 29 oyunda 8 qol vurub və 7 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right