Xarici KİV: “Qarabağ”ın futbolçusu İngiltərə klubuna keçə bilər

“Qarabağ”ın futbolçusu Emmanuel Addai karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az xəbər verir ki, “The72” portalının iddiasına görə, qanalı futbolçu Çempionşipdə pley-off mərhələsinə vəsiqə qazanaraq, Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparacaq “Midlsbro” və “Hall Siti” tərəfindən yaxından izlənilir. 

İngiltərəli jurnalistlərin iddiasına görə, Addai özü də İngiltərəyə köçməkdə maraqlıdır. 24 yaşlı oyunçunun karyerasını İspaniyanın “Elçe” klubunda davam etdirmək variantı da var. 

Addainin “Qarabağ”la müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq.

Futbolçu daha əvvəl “Bamako” (Mali), “Bobigni” (Fransa), “Alkorkon” (İspaniya) komandalarında forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right