"Turan Tovuz" "Karvan-Yevlax"a, "Neftçi" "Şamaxı"ya qalib gəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub. 

Newsport.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə “Turan Tovuz” öz meydanında “Karvan-Yevlax”ı qəbul edib. Matç Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Tovuz klubu 59 xalla 3-cü, Yevlax təmsilçisi isə 14 xalla 12-ci, sonuncu pillədə qərarlaşıb.

Beləliklə, Tovuz təmsilçisi növbəti mövsümdə ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri olacaq. "Karvan-Yevlax" isə gələn mövsüm birinci liqada mübarizə aparacaq.

Cari mövsüm tərəflər arasında baş tutan oyunlarda “Turan Tovuz” üstündür. Kurban Berdıyevin komandası ilk dövrədə 2:1, ikincidə isə 1:0 hesablı qələbə qazanıb. 

Tura “Neftçi” - “Şamaxı” matçı ilə yekun vurulub. Matç "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubu 53 xalla 4-cü, bölgə təmsilçisi isə 35 xalla 8-ci pillədədir. 

“Neftçi” və “Şamaxı” arasında ilk iki dövrədə keçirilən matçlarda qalib aşkarlanmayıb - 1:1 və 2:2. 

10 may

19:30. “Neftçi” - “Şamaxı” - 3:0

Qollar: Emin Mahmudov, 1, İmad Faraj, 47, Breno Almeyda, 83

Baş hakim: Tural Qurbanov

“Palms Sports Arena”

17:00. “Turan Tovuz” - “Karvan-Yevlax” - 1:0

Qol: Ayxan Hüseynov, 45+1

Baş hakim: Əkbər Əhmədov

Tovuz şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right