250 gündən sonra məğlubiyyət Çempion üçüncülüyə şərik oldu

“Sabah”ın Misli Premyer Liqasındakı məğlubiyyətsizlik seriyası qırılıb.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu adını qazanan paytaxt təmsilçisi XXXI turun “Kəpəz”lə ev oyununda uduzub – 0:1.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bunadək sonuncu dəfə III turda xalsız qalıb. 250 günsən sonra - 2025-ci il avqustun 31-də “İmişli” “Sabah”a 1 qolla qalib gəlib. Çempionun mövsümdəki hər iki məğlubiyyəti ev qarşılaşmalarına təsadüf edib.

“Sabah” bu müddətdə 28 məğlubiyyətsiz matç keçirib. Komanda 22 qələbə qazanıb və 6 heç-heçə edib.

Bununla da “Sabah” turnirin tarixində 3-cü ən uzun məğlubiyyətsiz seriya adına şərik olub. Yalnız “Qarabağ” daha uzun seriyalara malikdir. Ağdam klubu iki dəfə məğlubiyyətsizliyə nail olub. “Sabah” isə “Kəpəz”in nəticəsini təkrarlayıb.

Ən uzun 5 seriya (texniki nəticələr və nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla)

1. “Qarabağ” – 49 (30.10.2021-09.04.2023)

2. “Qarabağ” – 31 (31.10.2018-10.11.2019)

3-4. “Kəpəz” – 28 (14.09.1997-19.09.1998)

“Sabah” – 28 (14.09.2025-03.05.2026)

5. “Turan” – 27 (12.09.1992-14.07.1993)

Qeyd: mötərizədə məğlubiyyətsiz seriyanın ilk və son oyununun tarixi göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right