"İmişli" "Zirə" ilə heç-heçə etdi, "Kəpəz" "Sabah"a qalib gəldi Yenilənib

Misli Premyer Liqasında 31-ci tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə avrokuboklar uğrunda mübarizəsini davam etdirən "Zirə" 9-cu pillədə qərarlaşan "İmişli"nin qonağı olub. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Komandaların ilk iki dövrədəki oyunlarının heç birində qalib müəyyənləşməyib - 1:1, 0:0.

Günün digər matçında isə artıq 29-cu turda çempionluğunu rəsmiləşdirən "Sabah" Premyer Liqada qalmaq üçün çalışan "Kəpəz"i qəbul edib. Oyunda Gəncə təmsilçisi qələbə qazanıb - 1:0. Bu komandaların ilk iki dövrədə keçirilən oyunlarında "Sabah" qalib gəlib - 3:1, 1:0.

8 may

Misli Premyer Liqası, 31-ci tur

19:30 "Sabah" – "Kəpəz" - 0:1

Qol: Rəhman Hacıyev, 46 
Baş hakim: Elvin Bayramov
“Bank Respublika Arena”

16:30 "İmişli" – "Zirə" - 0:0 
Baş hakim:
 Kamranbəy Rəhimov
Quba OİK stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right