FİFA-dan “Neftçi”yə şok transfer qadağası

FIFA-nın “Neftçi”yə transfer qadağası qoyub.

Newsport.az xəbər verir ki, bununla bağlı qərar FİFA-nın saytında dərc olunub.

Cəzanın səbəbi açıqlanmayıb. Lakin adətən belə qərarlar ya klubun hazırkı və ya sabiq futbolçuları/məşqçiləri qarşısında borcları və ya maliyyə tələblərini pozmasına görə qəbul olunur.

“Neftçi” ilə bağlı qərar qarşıdakı 3 transfer dövrünü əhatə edir: 2026-cı ilin yay, 2027-ci ilin qış və yay transfer pəncərələri. Bu o deməkdir ki, qadağa müddəti dəyişilməsə, “Neftçi” yeni oyunçu transferini yalnız 2028-ci ilin qışından etibarən həyata keçirə biləcək.

Hələlik “Neftçi” klubu xəbərə dair açıqlama verməyib.

Ukrayna mətbuatı yazır ki, Yuri Vernidub üçün bu vəziyyət onun "Zorya" və "Krivbass" klublarında çalışdığı dövrdə yaşanan bənzər problemlərin təkrarı olacaq.

FİFA-nın saytında "Neftçi"nin cəzalandırıldığını təsdiqləyən bölmə

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right