"Şəfa" çempionluğa gedən yolda büdrədi, "Səbail"dən qələbə

Azərbaycan 1-ci liqasında 25-ci tur davam edir.

Newsport.az xəbər verir ki, bu günə nəzərdə tutulan 3 matç artıq başa çatıb.

Lider "Şəfa" autsayder "Difai"nin qonağı olub. Matç qolsuz heç-heçə ilə yekunlaşıb. Beləliklə, "Şəfa" qalib gələcəyi halda çempionluğunu erkən rəsmiləşdirmək şansını əldən verib.

2-ci yerdəki "Səbail" isə "Zaqatala" ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Səbail" lider "Şəfa" ilə xal fərqini dördə endirib.

"Şimal" və MOİK matçı isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, reqlamentə əsasən, 1-ci liqada çempion olan komanda növbəti mövsüm üçün Pemyer Liqaya birbaşa vəsiqə qazanır.

6 may (çərşənbə) 

16:00. “Şimal” – MOİK - 1:1

Qollar: A.Qla, 40 // S.Fərəcov, 85
Şamaxı OİK stadionu

16:00. “Difai” – “Şəfa” - 0:0
Buzovna qəsəbə stadionu

16:00. “Zaqatala” – “Səbail” - 0:3

Qollar: A.Almeyda, 20, 34, P.Rikardo, 81
Zaqatala OİK stadionu 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right