Finalda tribunalar dolacaq Biletlər tükənir

Azərbaycan kubokunun "Sabah" - "Zirə" final matçına böyük maraq var. 

Newsport.az-ın xəbərinə görə, həlledici görüşə biletlər tükənmək üzrədir. Hazırda iticket.az saytında satış olan biletlər yalnız qapıarxası bir neçə tribuna üçün qalıb. Oyunda tribunaların tam dolacağı gözlənilir.

Qeyd edək ki, final görüşü mayın 13-də "Neftçi" futbol klubunun ev matçlarını keçirdiyi "Palms Sports Arena"da olacaq. Bu arenanın 11 min tamaşaçı tutumu var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right