“Sabah” üçün 3 rəqib

“Sabah”ın UEFA Çempionlar Liqasının növbəti mövsümündə 2-ci təsnifat mərhələsindəki daha 3 potensial rəqibi müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, Azərbaycan çempionu bunun üçün ilk raundu keçməlidir.

1-ci təsnifat mərhələsində hansı səbətdə qərarlaşacağı qeyri-müəyyən olan Valdas Dambrauskasın yetirmələri turnirə uğurlu başlanğıc etsə, 2-ci raundda səpələnməmişlərdə qərarlaşacaq. Belədə təmsilçimiz püşkatma zamanı güclülərdən biri ilə qarşılaşmalı olacaq.

Həmin güclülər arasında “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Zaqreb, Xorvatiya) və “Omoniya”nın (Kipr) olacağı artıq dəqiqdir. Yarışa 2-ci raunddan qoşulacaq digər komandalardan “Tyun” (İsveçrə) və “Myolbü” (İsveç) isə 2-ci səpələnməmişlərdə qərar tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right