"Kəpəz" "Sumqayıt"ı, "İmişli" "Araz-Araz-Naxçıvan"ı məğlub etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edib. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda Gəncə klubu 24 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədə qərarlaşıb. Cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə "Kəpəz" qələbə qazanıb. 

Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkib. Matç İmişli təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda Naxçıvan klubu 2:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə tərəflər meydandan 1 xalla ayrılıblar - 2:2.

2 may (şənbə)

18:30. “Araz-Naxçıvan” - “İmişli” - 0:1

Qol: Dioqo Kardozu, 18
“SOCAR Polymer Arena”

16:00. “Kəpəz” - “Sumqayıt” - 2:1

Qol: Yusif İmanov, 64-avtoqol (0:1), Rauf Hüseynli, 86-pen. (1:1), Rauf Hüseynli, 89-pen. (2:1)
Yevlax şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right