"Qarabağ"ın futbolçusu üçün mövsüm bitdi

“Qarabağ”ın "Neftçi" ilə oyunda zədələnən futbolçusu Joni Montiel əməliyyat olunub.

Newsport.az xəbər verir ki, bu barədə qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ayaq barmağı sınan və bu gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək.  Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.

Xatırladaq ki, Montiel Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış “Neftçi” ilə matçın 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnmişdi. O, birbaşa xəstəxanaya aparılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right