"Neftçi" "Qarabağ"ı məğlub etdi Yenilənib

Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Newsport.az xəbər verir ki, "Neftçi" öz meydanında "Qarabağ"ı qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Əzəli rəqiblərin ilk dövrədəki oyununda "Qarabağ" 2:0, 3-cü dövrənin aprelin 26-da keçirilən matçında isə 5:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, "Neftçi" "Qarabağ"a 18 oyundur qalib gələ bilmir. Onlar son dəfə "Qarabağ"ı 2021-ci ilin mayın 19-da məğlub ediblər (1:0).

30 aprel (cümə axşamı)

20:00.“Neftçi” – “Qarabağ” - 2:1

Qollar: Emil Səfərov, 55 (1:0), Emil Bədəlov, 85-avtoqol (1:1), Bassala Sambu, 90+2 (2:1)
“Palms Sports Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right