Futbol üzrə Azərbaycan I Liqasında XXIV turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün "Mingəçevir" doğma meydanda "Zaqatala"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 45-ə yüksəldən "Mingəçevir" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 25 xalı olan "Zaqatala" isə 7-ci yerdədir.