Bu gün Azərbaycan 2-ci liqasında 24-cü tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.
Turun mərkəzi oyunu Şamaxıda olacaq. Burada lider "Xankəndi" 2-ci yerdəki "Qaradağ Lökbatan"la qarşılaşacaq. Matç saat 16:00-da başlayacaq.
Digər görüşdə "Şəmkir" "Quba" ilə üz-üzə gələcək.
28 aprel (çərşənbə axşamı)
16:00. “Xankəndi” – “Qaradağ Lökbatan”
Şamaxı OİK stadionu
16:30. “Şəmkir” – “Quba”
Şəmkir OİK Stadionu