“Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

Aprelin 30-u saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb.
 
Newsport.az xəbər verir ki, qiyməti 2, 3, 5, 15 və 20 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
 
Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
 
Qeyd edək ki, bundan əvvəl “Qarabağ”la hər iki oyuna (26 və 30 aprel) bilet əldə etmiş (“bundle”) azarkeşlərin bu matça girişi sərbəst olacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right