Bir müddət əvvəl Fransanın məşhur “L”Equipe” nəşri "Qarabağ"ın futbolçusu Abdullah Zubirin mövsümün sonunda komandadan ayrıla biləcəyinə dair iddia irəli sürmüşdü.
Məlumatda bildirilir ki, 34 yaşlı vinger artıq Qətərin “Al-Şahaniya” klubu ilə müqavilə şərtlərini razılaşdırıb.
Lakin etibarlı mənbələrdən QOL.az saytına daxil olan xəbərə görə, bununla əlaqədar kluba nə adıçəkilən Qətər təmsilçisi, nə də futbolçunun özü tərəfindən hər hansı müraciət daxil olub. Yəni bu günə olan xəbər ondan ibarətdir ki, Zubir yeni mövsümdə də "Qarabağ"da qalacaq.
Qeyd edək ki, Ağdam komandasının kapitanlarından olan Zubirin klubla müqaviləsi 2027-ci ilin iyununda başa çatır.