Bu gün Misli Premyer Liqasında 29-cu tur start götürüb.
Newsport.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.
Turun açılış matçında “İmişli” Qubada “Sumqayıt”ı qəbul edib. Qarşılaşma Saşa İliçin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında ilk dövrədəki oyunda “İmişli” 1:0 hesablı qələbə qazansa da, reqlamenti pozduğu üçün qonaqlara texniki qələbə verilmişdi. İkinci dövrənin görüşündə də sevinən sumqayıtlılar olmuşdular - 1:0.
Günün digər matçında isə “Qəbələ” doğma divarlar arasında “Araz-Naxçıvan”ı sınağa çəkib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Cari mövsüm bu komandaların qarşıdurmasında tərəflər hərəyə bir qələbə qazanıblar. Hər iki görüşdə 2:1 hesabı qeydə alınıb.
25 aprel (şənbə)
18:30. “Qəbələ” - “Araz-Naxçıvan” - 1:1
Qol: Ömər Buludov, 76-avtoqol (1:0), İssuf Paro, 83 (1:1)
Qəbələ şəhər stadionu
16:00. “İmişli” - “Sumqayıt” - 0:2
Qollar: Aleksandr Ramalinqom, 34, 85
Quba OİK stadionu