“Qarabağ” imtina etdi, indi də “Neftçi” maraqlanır

Mahaçqala “Dinamo”sunun futbolçusu Məhəmməd Cavad Hüseynnəjadla bağlı daha bir yeni məlumat yayılıb.

Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin indi də “Neftçi”nin diqqət mərkəzində olduğu yazılıb.

Bir neçə gün əvvəl iranlı futbolçunun “Qarabağ”a təklif olunduğu, lakin onun ağdamlılar üçün prioritet sayılmadığı vurğulanmışdı. İndi isə “Neftçi”nin Hüseynnəjada elçi düşdüyü qeyd olunur. “Ağ-qaralar” hələ ki, “Dinamo”nun futbolçusunu izləyir, konkret transfer danışığı aparılmayıb.

Gənc vingeri almaq heç də asan olmayacaq. Düzdür, futbolçu yeni müqavilə ilə bağlı razılığa gəlməsə, mahaçqalalılar onu yayda satmağı planlaşdırır. Lakin Məhəmməd Cavadı transfer etmək istəyən klub ən azı 1 milyon avrosundan keçməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right