"Karvan-Yevlax"ın U-10 komandası yarışdan kənarlaşdırılıb, Oqtay Əlizadəyə altı aylıq cəza verilib

AFFA U-10 Liqasında çıxış edən "Karvan-Yevlax" yarışdan kənarlaşdırılıb, baş məşqçisinin 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

Newsport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bildirilib ki, U-10 Liqasında iştirak edən "Karvan-Yexlax" SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı 3 dəfə öz heyətinə cəlb etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıb və bölgə təmsilçisi yarışlardan kənarlaşdırılıb.

Komandanın baş məşqçisi Oqtay Əlizadənin 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirak etməsi qadağan edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right