Azərbaycan kubokunda finalçılar müəyyənləşdi Yenilənib

Bu gün Azərbaycan kubokunda 1/2 finalın daha bir cavab matçı keçirilib.

Newsport.az xəbər verir ki, bununla da ikinci finalçının adı məlum olub.

"Sabah" öz meydanında "Qarabağ"la qarşılaşıb. Matç "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, matçın 36-cı dəqiqəsində Ağdam təmsilçisinin qapıçısı Mateus Koxalski "Sabah"ın futbolçusu Velko Simiçə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alıb və komanda azlıqda mübarizə aparmalı olub.

Xatırladaq ki, ötən mövsüm Azərbaycan kubokunun finalında da bu komandalar üz-üzə gəlib və "Sabah" 3:2 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

Beləliklə, finala yüksələn "Zirə" və "Sabah" komandaları mayın 13-də final matçında üz-üzə gələcəklər.

22 aprel (çərşənbə)

Azərbaycan kuboku, 1/2 finalın cavab matçı

20:00.“Sabah” - “Qarabağ” - 2:1

Qollar: Kamilo Duran, 59 (0:1), Velko Simiç, 78 (1:1), Patrik Mbina, 88 (2:1)
“Bank Respublika Arena”

İlk oyun - 2:2





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right