Bu gün Bizon Azərbaycan kubokunda 1/2 finalın cavab görüşlərinə start verilib.
Newsport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
“Zirə” öz meydanında “Turan Tovuz”u qəbul edib. Matç qolsuz heç-heçə ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk matçda paytaxt klubu 2:0 hesablı qələbə qazandığı üçün Rəşad Sadıqovun komandası finala vəsiqə qazanıb.
Bu, "Zirə"nin Azərbaycan kubokunda üçüncü finalı olacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci cavab görüşü - "Sabah" - "Qarabağ" qarşılaşması sabah keçiriləcək.
21 aprel (çərşənbə axşamı)
19:00. “Zirə” - “Turan Tovuz” - 0:0
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 2:0