Millinin üzvlərinə xatirə hədiyyəsi nazir və baş katib təqdim etdi

Manə Mollayeva və Aytac Şərifova Azərbaycanın qadınlardan ibarət millisinin heyətində 50-ci oyunlarını keçiriblər.

Newsport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki futbolçuya dünən Andorra ilə qarşılaşmadan əvvəl AFFA adından xatirə olaraq millinin rəsmi forması verilib.

Yubilyarlara hədiyyəni AFFA-nın baş katibi Cahangir Fərəcullayev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right